erdogan pasinyan kitab

Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 20-də Türkiyəyə səfər edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “24News” öz mənbələrinə istinadən məlumat yayıb.

Baş nazirin səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü nəzərdə tutulub.

Məlumata görə, liderlər Ermənistanın AzərbaycanTürkiyə ilə münasibətlərini müzakirə edəcəklər. Əsas məsələlərdən biri Bakıİrəvan arasında sülh müqaviləsinin imzalanması olacaq.

Nəşr məlumatla əlaqədar baş nazir administrasiyasının mətbuat katibi Nazeli Baqdasaryanla əlaqə saxlamağa çalışıb, lakin cavab ala bilməyib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: