66d5f867900be66d5f867900bf172529879166d5f867900bc66d5f867900bd

Bu gün Xırdalanda axşam saatlarında intihara cəhd hadisəsi olub.

FHN-dən Globalinfo.az-a verilən məlumata görə, bir nəfər vətəndaş Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində eyvana çıxaraq intihara cəhd edib.

Bunu görən vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat veriblər.

Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1980-cı il təvəllüdlü Eldəniz Babazadə onsəkkizmərtəbəli binanın 18-ci mərtəbəsində eyvana çıxaraq intihara cəhd edir.

Xilasedicilər tərəfindən intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb. Bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə xüsusi xilasetmə vasitələri, o cümlədən xilasetmə yastığı quraşdırılaraq müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Xilasedicilərin vətəndaşla apardığı psixoloji söhbət nəticəsində E.Babazadə intihar etmək niyyətindən çəkinib və o, xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

66d5f8679f22566d5f8679f226172529879166d5f8679f22366d5f8679f224 66d5f8679921766d5f86799218172529879166d5f8679921466d5f86799215 66d5f8678a87166d5f8678a872172529879166d5f8678a86f66d5f8678a870

Paylaş: