“Daxil olan müraciətlər şəffaf şəkildə araşdırılacaq”.
Globalinfo.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.
MSK sədri deyib ki, pozuntu kimi təqdim olunan bütün məsələlər ətraflı araşdırılacaq və müvafiq qərarlar qəbul ediləcək.














