“Nikol yenidən Rusiyanın qucağına qayıdıb”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan deyib.
O, Baş nazir Nikol Paşinyanın mütəmadi olaraq dəyişən xarici siyasət xəttinə toxunub.
“Nikol yenidən Rusiyanın qucağına qayıdıb. Bir daha salam, qəzəbli Rusiya, əlvida, tərk edilmiş Qərb!. Halbuki, Nikol Qərbin dəstəyi ilə hakimiyyətdən həzz almağa davam edir. Ermənistanın həyati maraqları isəbeynəlxalq auksiona çıxarılıb. Hərrac davam edir, komendant isə Nikol Paşinyandır. Təəssüf ki, bu, mif deyil, ölkəmizdə formalaşmış acı reallıqdır”, – deyə Zakaryan vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az