cempionlar liqasi

Bu gün UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün Liqa mərhələsinin püşkü atılıb.

Report xəbər verir ki, Fransanın Monako şəhərində baş tutan tədbirdən sonra bir-biri ilə üz-üzə gələcək komandaların rəqibləri müəyyənləşib.

4 səbətdə yer alan komandaların rəqiblərini təqdim edirik:

I səbətdə yer alan komandaların rəqibləri.

24ba0c1e 79bb 3a94 90e0 dd84fd4ac836

II səbətdə yer alan komandaların rəqibləri.

3c30981a 7131 3d43 923e 9e2339d32572

III səbətdə yer alan komandaların rəqibləri.

a391b45a 7adf 334b aa21 29d9b15c64f4

IV səbətdə yer alan komandaların rəqibləri.

64a7822d 8228 3554 a280 01f2232c1803

Yeni mövsümündən etibarən 36 komandalı formatda keçiriləcək yarışda ilk oyunlara sentyabrın 17-19-da start veriləcək. Liqa mərhələsinin son matçları isə 2025-ci il yanvarın 29-da olacaq.

Liqa mərhələsinin pley-offunda qarşılaşacaq cütlüklər 2025-ci il yanvarın 31-də keçiriləcək püşkatmada müəyyənləşəcək. Mərhələnin ilk oyunları fevralın 11-12-də, cavab görüşləri isə 18-19-da baş tutacaq.

1/8, 1/4 və yarımfinalın püşkü isə 2025-ci il fevralın 21-də atılacaq.

Qeyd edək ki, Çempionlar Liqasının 2023/2024 mövsümünün qalibi İspaniyanın “Real” klubu olub.

Paylaş: