WhatsApp Image 2024 08 28 at 11.37.46

Aşot Knyazyanın ölümü ilə bağlı cinayət işi başlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, Ermənistan Cinayət Məcəlləsinin 155-ci maddəsinin 1-ci hissəsinə (qəsdən adam öldürmə) əsasən cinayət işi açılıb.

Meyitin xarici müayinəsi zamanı heç bir zorakılıq izi aşkar edilməyib. Proses çərçivəsində bir neçə şəxs dindirilib. Knyazyanın ölümünün hansı səbəbdən baş verdiyi hələlik bəlli deyil, meyitin məhkəmə-tibbi ekspertizasının rəyindən sonra məlum olacaq.

***11:22

1999-cu ildə Ermənistan parlamentində baş verən terror aktının iştirakçılarından Aşot Knyazyan saxlanıldığı “Nubaşaren” həbsxanasında ölüb.

Globalinfo.az xəbər verir ki, onun vəziyyətinin kəskin pisləşdiyi, həkimlərin müdaxiləsinə rəğmən öldüyü qeyd olunub.

Ermənistan mətbuatı yazır ki, o, dəfələrlə əfv istəsə də, rədd cavabı alıb.

1959-cu il təvəllüdlü A.Knyazyan törətdiyi əmələ görə ömürlük həbs cəzasına məhkum edilmişdi.

Xatırladaq ki, 1999-cu il oktyabrın 27-də  Ermənistan parlamentdə törədilən terror aktında əli olan 8 nəfər həbs edilib. Onlardan 5-i əvvəlki illərdə həbsdə dünyasını dəyişib. Hazırda hücumu təşkil edən qrupun lideri Nairi Unanyan da daxil olmaqla üç nəfərin həbs müddəti davam edir.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: