maria branyas morera has survived world wars spanish flu and covid 19 pandemic 2024 03 ad7793fa08ff483555a9926c54fb9e1c

2022-ci ildən bəri Yer kürəsində yaşayan ən yaşlı insan olan İspaniya vətəndaşı Maria Branyas Morera 117 yaşında vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə onun ailəsi “X” sosial şəbəkəsində məlumat yayıb.

“Maria Branyas bizi tərk etdi. O, istədiyi kimi öldü: yuxuda, rahat və ağrısız. Biz onu məsləhətləri və xeyirxahlığı ilə xatırlayacağıq”, – deyə paylaşımda qeyd olunur.

Məlumata görə, o son 20 ildə İspaniyanın şimal-şərqindəki Olot şəhərindəki Santa Maria del Tura qocalar evində yaşayıb.

Uzunömürlünün yaşı ABŞ Gerontoloji Araşdırma Qrupu və “LongeviQuest” təşkilatı onun 1908-ci il mayın 23-də anadan olduğunu təsdiqləyib.

Maria Branyas Morera 19 avqust 2022-ci ildə polşalı Tekla Yuneviçin ölümündən sonra planetin ən yaşlı insanı hesab olunmuşdu.

Paylaş: