resize 1 1

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff iki ölkənin xüsusi xidmət orqanları arasında təmasların həyata keçirilməsi məqsədilə Rusiyaya səfər edib.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

Bildirilib ki, bu, Retkliffin MKİ direktoru vəzifəsinə gəldikdən sonra Rusiyaya ilk məlum səfəridir. 

Kremlin sözçüsü Dmitri Peskov Retkliffin Rusiya Prezidenti Vladimir Putinlə görüşmədiyini açıqlayıb.

O, MKİ direktorunun Moskvaya səfərinin məqsədi və keçirdiyi görüşlərlə bağlı əlavə məlumat verməyib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: