esger 0

Daxilin Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Qurbanov Sərxan Nəriman oğlu avqustun 14-də xəstəlikdən vəfat edib.

Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

“Hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Faktla bağlı araşdırma aparılır”, – deyə məlumatda qeyd edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Sərxanın atası Nəriman Qurbanov Qarabağ müharibəsi qazisidir.

qaziiii(1)

Paylaş: