1670916425 f5f798ef0beb58 5f798ef0beb98

“Azərbaycan ordusu ilə döyüşlərdə bir UAZ-ı belə atəşə tutmayan, 1,5 milyard dollarlıq silah, sursatı qoyub qaçan “artsax generalları”nı bu gün Ermənistan Müdafiə Nazirliyinə gətiriblər”.

Globalinfo.az xəbər verir ki, Ermənistanın DOK partiyasının sədri Vardan Qukasyan deyib

Qukasyan keçmiş qondrma rejimin Ermənistandan qaçan separatçılarının çoxuna nazirlikdə vəzifə verildiyini deyib:

“Onların hamısını indi də gətirib Müdafiə Nazirliyinə doldurublar. Həmin şəxslərdən biri də mühəndis qoşunları idarəsinin rəisi təyin edilmiş Vahram Qriqoryandır. O, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın qohumudur. Bu insanlar nazirliyə gətirilməli deyil, əslində ordudan uzaqlaşdırılmalıdırlar”.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: