Iran raket 12

“İran avqustun 5-i İsrailə hücum edə bilər”.

Globalinfo.az xəbər verir ki, bu barədə Lenta.ru məlumat yayıb.

“ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandiri general Maykl Kurilla İranın HƏMAS və “Hizbullah” liderlərinin öldürülməsinə cavab olaraq İsrailə mümkün zərbə endirməsinə hazırlıq məqsədilə şənbə günü Yaxın Şərqə gəlib.

Bu arada ABŞ bölgəyə daha çox döyüş gəmisi və qırıcı təyyarələr göndərməklə Yaxın Şərqdəki qüvvələrini gücləndirir.

ABŞ rəsmiləri hesab edirlər ki, İranın hücumu aprelin 13-də baş verən hücuma bənzəyəcək, ancaq bu hücum daha böyük olacaq və ehtimal ki, Hizbullah da iştirak edəcək”, – məlumatda qeyd edilib.

Xatırladaq ki, avqustun 3-də ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Maykl Kurilla Yaxın Şərqə gedib. O, İranın mümkün hücumuna qarşı müttəfiqlər koalisiyasının yaradılmasına çalışır. Kurilla Körfəz ölkələri, İordaniya və İsrailə səfər etmək niyyətindədir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: