zelim

Azərbaycan Fransada keçirilən Yay Olimpiya Oyunlarında ikinci medalı qazanıb.

Azərbaycan cüdoçusu Zelim Kotsoyev finalda Gürcüstan idmançısı İlya Sulamenizdeni məğlub edərək Olimpiya çempionu adını qazanıb.

Bununla, Azərbaycan Olimpiya komandası hesabına ikinci qızıl medalı yazdırıb.

Bundan əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) qızıl medal qazanmışdı.

453738586 18453383587045660 4894101974961011177 n 453653989 18137075059344338 6097649938728271866 n 453597240 18137075041344338 8581432229439993353 n 453212761 18137075050344338 908800351573652347 n

***

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

100 kq çəki dərəcəsində yer alan dünya çempionu yarımfinal mərhələsində özbəkistanlı Muzaffarbek Turoboyevlə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Kotsoyev finala vəsiqə qazanıb.

Təmsilçimiz həlledici mərhələdə İlya Sulamanidze ilə (Gürcüstan) qarşılaşacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) olimpiya çempionu olub.

***14:35

Zelim Kotsoyevin 1/4 finaldakı rəqibi israilli Peter Palçik olub. 

Globalinfo.az bildirir ki, idmançımız Peter Palçikə qalib gələrək yarımfinala çıxıb.

***13:10

Azərbaycan cüdoçusu Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında Zelim Kotsoyev mübarizəyə başlayıb.

Globalinfo.az bildirir ki, 100 kq çəki dərəcəsində yer alan dünya çempionu 1/8 final mərhələsində Pyotr Kuçera (Polşa) ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən Kotsoyev 1/4 finala yüksəlib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) olimpiya çempionu olub.

***08:55

Bu gün Azərbaycanın iki idmançısı və 3×3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edəcək.

Globalinfo.az bildirir ki, ilk olaraq cüdoçu Zelim Kotsoyev tatamiyə çıxacaq.

100 kq çəki dərəcəsində yer alan dünya çempionumuz 1/8 finalda Pyotr Kuçera (Polşa) – Tomas Briçeno (Çili) cütünün qalibi ilə qarşılaşacaq.

Ardınca Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi növbəti görüşünə çıxacaq. Yığmamız Fransa ilə üz-üzə gələcək.

Daha sonra boksçuların mübarizəsi start götürəcək. 92 kq çəkidə yarışan Alfonso Dominqes 1/4 finalda qazaxıstanlı Aybek Oralbayla münasibətlərinə aydınlıq gətirəcək.

Günün sonunda yenidən 3×3 basketbol millimiz oyuna çıxacaq. Rəqib bu dəfə Almaniya millisi olacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Paylaş: