Mbappe “Real Madrid”ə keçir – Yeganə şərti var

Kilian Mbappe İspaniyanın “Real Madrid” klubuna keçməsi üçün şərt irəli sürüb.

Globalinfo.az xəbər verir ki, o, 2024-cü il Olimpiya Oyunlarında iştirak etməsinə icazə verilməsini istəyib.

Qeyd edək ki, bu turnir FİFA-nın rəsmi pəncərələrindən kənarda keçirildiyi üçün futbolçunun klubundan icazə almalıdır.

Xarici KİV-lər yazır ki, Mbappe Olimpiya Oyunlarında iştirakına icazə veriləcəyi halda “Real Madrid”lə müqavilə bağlayacaq.

***

Futbol üzrə Fransa millisinin hücumçusu, Kilian Mbappe hazırda çıxış etdiyi PSJ klubunu tərk edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.

Onun yeni komandası İspaniyanın “Real Madrid” klubu olacaq.