“ABŞ Senatı 2025-ci ildə Ermənistana 65 milyon dollarlıq yardım ayrılması barədə qanun layihəsini təsdiqləyib. Bu vəsaitin təkcə Azərbaycandan revanş almaq üçün ayrıldığını demək doğru olmazdı”.
Globainfo.az xəbər verir ki, bunu Rusiya hakimiyyətinə yaxınlığı ilə seçilən “Rıbar” Teleqram kanalı yazıb.
“Amerikalıların Ermənistanda istənilən reforma çağırışı sadəcə erməni siyasətçilərə verilən rüşvətdir. Onlar ölkənin Qərbə tam istiqamətlənməsi tapşırığını icra edirlər. Ermənistana ayrılan vəsaitin avroatlantika inteqrasiyasına kömək etməsinə gəlincə, bu, Ermənistanın müdafiə sferasındakı diversifikasiyasıdır. O isə Rusiya ilə münasibətlərin qırılmasına istiqamətlənib. Yəni Qərbin Rusiyanı Qafqazdan çıxarması məqsədinə xidmət edir”, – məqalədə bildirilib.
Əliyar Xəlil
Globalinfo.az