Fransanın Hərbi Hava Qüvvələrinə məxsus təyyarə İrəvanda “Zvartnots” hava limanına enib. Hərbi təyyarədə silah-sursatın olması istisna deyil. Çünki Fransa Ermənistanı silahlandırır.
Azərbaycan tərəf buna sərt etiraz etsə də, rəsmi Paris geri çəkilmir. Bu günlərdə Londonda azərbaycanlı jurnalistin sualına cavab verən Fransa prezidenti Emmanuel Makron deyib ki, Fransa ona görə Ermənistana hərbi texnika göndərir ki, bu ölkə özünü xarici hücumlardan qoruya bilsin. Bu, Fransanın Cənubi Qafqazda yeni münaqişə ocağı yaratmasına, gərginliyi artırmasına xidmət edən addımdır.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev demişdi ki, əgər Fransanın Ermənistanı silahlandırması müəyyən həddi aşarsa, o zaman bu prosesə müdaxilə ediləcək. Baş verənlər açıq şəkildə Fransanın təxribatı sayılmalıdır və buna sərt cavab verilməlidir. Yəqin ki, yaxın saatlarda Azərbaycan Müdafiə və Xarici İşlər nazirlikləri baş verənlərlə bağlı bəyanat yayacaq.
Baş verən hadisə deməyə əsas verir ki, Fransa Qafqazda Azərbaycanla toqquşmaya gedir…
Globalinfo.az bununla bağlı görüntüləri təqdim edir: