Erməni ABŞ prezidentini niyə aradan götürmək istəyib? – Tbilisidəki qumbara Pensilvaniyada “partladı”

Erməni ABŞ prezidentini niyə aradan götürmək istəyib? – Tbilisidəki qumbara Pensilvaniyada “partladı”

ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd 2005-ci ildə Gürcüstanda ABŞ-ın sabiq lideri Corc Buşa qarşı təşkil olunan terror cəhdini gündəmə gətirib. Belə ki, həmin vaxt C.Buş Gürcüstanın Azadlıq meydanında sabiq prezident Mixail Sakaaşvili ilə mitinqdə iştirak edən zaman erməni terrorçu ona tərəf qaçaraq əlindəki qumbaranı partlatmaq istəyib. Terrorçunun orada olması və bütün addımları Amerikanın kosmik peyki tərəfindən müəyyənləşdirilib. Nəticədə cinayətkar dərhal saxlanılıb.

Bəs Trampın 100 metrliyində onu uzun bir tüfənglə nişan alan terrorçu niyə təhlükəsizlik qüvvələrinin diqqətini cəlb etməyib?

Yəni bu gün müasir texnologiyanın inkişaf etdiyi zamanda D.Trampa qarşı sui-qəsd cəhdinin qarşısının alınmaması ciddi suallar doğurur.

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Yalçın Hacızadənin sözlərinə görə, Trampa qarşı sui-qəsd əməli bir çox sualların ortaya çıxmasına və ehtimalların yaranmasına səbəb olub.

Politoloq deyib ki, cinayət işləri üzrə araşdırma müxtəlif versiyalar və ehtimallar üzərindən aparılır, sonda da daha çox maddi sübutlarla təsdiq olunan variant saxlanılır:

“Mətbuatda gedən məlumatlara görə, Trampın təhlükəsizliyini həyata keçirən gizli xidmət qurumuna əvvəlcədən sui-qəsd əməli barədə məlumat verilib. Yerli polis orqanının əməkdaşları və mitinqdə iştirak edənlər də şəxsin şübhəli hərəkətləri barədə həmin xidmətə bildiriblər. Eyni zamanda, ABŞ prezidentləri və prezidentliyə namizədlərin təhlükəsizliyi müasir texnologiyalardan, kosmik vasitələrdən istifadə edilməklə də təmin olunur. Bu zaman onların hərəkətlərinə, olduqları yerə kosmik peyklər vasitəsilə nəzarət edilir.

2005-ci ildə ABŞ Prezidenti Corc Buş Gürcüstanda səfərdə olan zaman ona qarşı da sui-qəsd cəhdi olmuşdu. Buş Azadlıq meydanında Mixail Sakaaşvili ilə mitinqdə iştirak edən vaxt kütlə arasında əlində partlayıcı maddə olan erməni əsilli terrorçu yaxınlaşaraq onu partlatmaq istəmişdi. Terrorçunun hərəkətlərinin izlənilməsində və zərərsizləşdirilməsində ABŞ kəşfiyatı kosmik peykin xidmətlərindən istifadə etmişdi. Trampa qarşı sui-qəsdin qarşısının alınmasında və mitinq ərazisinin təhlükəsizliyinin təmin olunmasında kosmik peykdən istifadə edilməyib. Hadisənin qarşısının alınması üçün bütün bunların nəzərə alınmaması və istifadə olunmaması sui-qəsdin Trampın rəqibləri tərəfindən həyata keçirilməsini, yəni siyasi təxribat olma ehtimalını yaradır. Görünür, rəqibləri artıq Trampı sıradan çıxarmaq üçün yeganə vasitənin ona qarşı sui-qəsd olduğunu görürlər.

Erməni ABŞ prezidentini niyə aradan götürmək istəyib? – Tbilisidəki qumbara Pensilvaniyada “partladı”

13 iyul 2024-cü il.  Donald Tramp Pensilvaniya ştatında seçki kampaniyası zamanı sui-qəsdə məruz qalıb

Çünki Trampın namizəd olmaması üçün müxtəlif vasitələrdən istifadə edilir. Ona qarşı qarayaxma kampaniyaları aparılır, haqqında cinayət işləri açılaraq, seçicilərində ona qarşı inamsızlıq formalşdırılmasına çalışılır. Bildirim ki, Trampa qarşı açılmış dörd cinayət işində 88 epizod üzrə araşdırılma gedir”.

Yalçın Hacızadə Trampa qarşı sui-qəsdlə bağlı maraqlı faktların olduğunu qeyd edib:

“Digər ehtimala görə, bu cinayət “özfəaliyyətdir”, məişət zəminində baş verib, təşkilatçı və icraçı təkcə qatilin özüdür, onun zərərçəkənə qarşı yaranan patoloji nifrətindən ortaya çıxıb. Hazırda ABŞ-da seçki prosesi dövrü olduğu üçün cəmiyyətdə qütbləşmə vətəndaş qarşıdurması həddinə çatıb. Əlbəttə ki, belə vəziyyətin yaranmasında namizədlərin “rolu” kifayət qədərdir. Hər iki namizəd bir-birini düşmən kimi təqdim edərək, seçiləcəyi halda Amerikanı məhvə aparacağını bildirir.

Politoloq deyib ki, qatil üçün yaradılan “şərait”, onun bir neçə dəfə atəş açmasına baxmayaraq məqsədinə çata bilməməsi və Trampın bu hadisədən dərhal şou məqsədli istifadə etməsi, bunun Trampın özü tərəfindən təşkil olunma ehtimalını da yaradır. Hesab edirəm ki, Amerika dövlətində hadisənin əsasları və səbəbləri barədə kifayət qədər məlumat var. Sadəcə, cəmiyyətdə daha böyük çatların, şübhələrin və inamsızlığın yaranmamsı üçün real vəziyyət açıqlanmayaraq, məsələnin məişət zəminində cinayət kimi qiymətləndirləməsi istiqamətində addımlar atılacaq”.

Zaira Akifqızı
Globalinfo.az