“ABŞ Ermənistan ərazisindən keçməklə Türkiyə ilə Azərbaycan arasında birbaşa quru əlaqəsinin olmasında maraqlıdır”.
Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Qrant Mikaelyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayenin son açıqlamalarını şərh edərkən deyib.
Mikaelyan amerikalı diplomatın sözlərini Bakının təkliflərinə dəstək kimi qiymətləndirib.
“Zəngəzur dəhlizi vasitəsilə Ermənistan ərazisindən Naxçıvana marşrut əldə etmək mümkün olacaq. ABŞ-ın Zəngəzur dəhlizi ilə bağlı strateji marağı var. ABŞ və Türkiyə Mərkəzi Asiyada öz təsirlərini artırmaqda maraqlıdırlar, Türkiyə ilə Xəzər dənizi arasında birbaşa əlaqə bu məqsədə çatmaq üçün bir vasitə kimi qəbul edilir. Və burada, ABŞ-ın Azərbaycan və Türkiyənin Ermənistan ərazisindən birbaşa quru əlaqəsi qurmasında marağı mövcuddur”, – deyə Mikaelyan vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az