“Mən Ermənistanın KTMT-dən mütləq çıxacağı ilə bağlı səsləndirdiyi bəyanata diqqət çəkdim. Bir müddət əvvəl isə indiki erməni siyasətçiləri KTMT-nin Ermənistanı tərk etməsindən danışırdılar. Sadəcə, aydınlaşdırmaq istəyirəm: KTMT artıq Ermənistana qayıdıb ki, oradan çıxsın? İstədiyiniz qədər bu cür şifahi fikirlər səsləndirə bilərsiniz. Amma mənə elə gəlir ki, bu, tamamilə ləyaqətsiz və ucuz addımlardır”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Dövlətin strateji maraqları mövcuddur. Elə problemlər var ki, bölgə hələ də onlarla vidalaşa bilməyib. Bu barədə düşünmək lazımdır: təhlükəsizlik, strateji əməkdaşlıq, yaradılmalı olan mülki infrastruktur haqda düşünməliyik. Biz regionda mövcud olan problemləri aradan qaldırmalı və sabitlik gətirmək üçün çalışmalıyıq. İndi hamı çoxqütblülükdən danışır. Cənubi Qafqaz bu çoxmərkəzli dünyanın mərkəzlərindən birinə çevrilə bilər. Bunun üçün hər şey mövcuddur: ümumi sərhədlər, əsrlər boyu birgəyaşayış, təbii sərvətlər və zəhmətkeş və istedadlı insanlar var”, – deyə Zaxarova bildirib.
“Milyon dəfə deyiblər ki, KTMT bir strukturdur. Hər kəsin könüllü gəldiyi təşkilatdır. İştirakçı ölkələrə komanda-inzibati təzyiq sistemi yoxdur. Orada qarşılıqlı hörmətə əsaslanan dialoq var. Heç kim heç kimi zorla saxlamır. Belə olan halda problem nədir? Niyə Ermənistandakı siyasi xadimlər uzun illərdir eyni mövzuda bu qədər spekulyasiya edirlər? Qoy onlar özlərini düzəltsinlər? Axı, heç bir KTMT üzvü olan Ermənistana bu sualları vermir. Bu, Ermənistanın indiki siyasi rəhbərliyinin bəzi simalarından eşitdiyimiz söz oyunudur. Göründüyü kimi insanlara həqiqəti deyə bilmədiklərindən, müəyyən strateji hesablamalara və səhvlərə yol verildiyini, müəyyən milli maraqların niyə itirildiyini anlatmaqda çətinlik çəkirlər. Yəqin ki, buna görə günahkar tapmaq lazımdır. Amma günahkar KTMT deyil. KTMT bir-birinə hörmətlə yanaşılan azad təşkilatdır. Bunun ətrafında sonsuz hay-küy yaratmaq kimə və niyə lazımdır?”, – Zaxarova vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az