direktor umumi

Lənkəran rayonu Həbib Səfərov adına Kərgəlan kənd məktəbinin müəllimi sosial şəbəkədə məktəb direktorunun 18 müəllimin sertifikasiyadan kəsilməsi səbəbindən öldüyünü iddia edən məlumat paylaşıb.

Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinə sorğu ünvanladıq.

Globalinfo.az bildirir ki, qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq yazılan məlumat tam təkzib olundu.

Bildirildi ki, məktəbdə 18 müəllimin sertifikasiya imtahanından kəsilməsi doğru məlumat deyil:

“Sertifikasiya imtahanına məktəbin 12 müəllimi qatılıb, onlardan ikisi imtahandan keçib.

Direktor Heybət Xalıq oğlu İsmayılovun isə səhhətində problem vardı. Bu üzdən ürəktutmasından dünyasını dəyişib.

P2HcsRYK79g0rZHKtuPfhKVeDwpwG9m16MUmwDlP:640

Heybət İsmayılov

Qeyd edək ki, sertifikasiya imtahanı iyun ayının 8-də keçirilib, direktor isə iyunun 10-da dünyasını dəyişib.

Məlumatı sosial şəbəkədə yazan müəllim hazırda sosial məzuniyyətdədir. Yazdığı informasiyanın heç bir əsası yoxdur”.

Paylaş: