Hacı Şahinin oğlu atasının heykəlindən danışdı – FOTO

Xəbər verdiyimiz kimi, mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin heykəli hazırlanıb.

Globalinfo.az xəbər verir ki, Hacı Şahinin oğlu Hüseyn Həsənli atasının heykəlindən danışıb.

“Bizə aidiyyəti yoxdur. Kimin hazırlatdırdığı haqqında isə məlumatlı deyiləm. Kimsə özü üçün edib. Problemli bir şey deyil”, – deyə H.Həsənli bildirib.

Qeyd edək ki, “Məşədi Dadaş” məscidinin imamı Hacı Şahin Həsənli martın 2-də ürəktutmasından vəfat edib.

Zaira Akifqızı 

Globalinfo.az