Ermənistan Milli Assambleyasının (parlament) iclas zalında ciddi təhlükəsizlik tədbirləri görülüb. Hətta deputatların masalarından su qabları da yığılıb.
Globalinfo.az xəbər verir ki, sözügedən ölkənin mediasında yayılan görüntülərdə Ermənistan Baş naziri Nikol Paşinyanın təhlükəsizlik xidmətinin əməkdaşlarının oturacaqları yoxlaması da diqqət çəkib.
Məlumata görə, sessiya başlayana qədər jurnalistlərə onlara ayrılmış lojada oturmağa belə icazə verilməyib.
Qeyd edək ki, müxalifət lideri, arxiyepiskop Baqrat Qalstanyan tərəfdarlarını yerli vaxtla saat 15:00-da parlamentin qarşısında etiraz aksiyasına çağırıb.
Safura Bənnayeva
Globalinfo.az