6668ada94b3cc6668ada94b3cd17181362336668ada94b3ca6668ada94b3cb

Azərbaycan Ordusunun iyunun 9-da naməlum şəraitdə itkin düşmüş, Şərurun Günnüt yaşayış məntəqəsi istiqamətində nəşi tapılan əsgəri dəfn edilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Ceyhun Huseynovun nəşi Ordubad rayonu Gənzə kəndinə gətirilib. Evindən mərhumla vida mərasimi keçirilib, daha sonra cənazə namazı qılınıb.

C.Hüseynov Gənzə kənd qəbirstanlığında torpağa tapşırılıb. Dəfn mərasimində rayon icra hakimiyyətinin nümayəndələri, Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçuları, rayon və kənd sakinləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Hüseynov Ceyhun Tofiq oğlunun nəşi bu gün səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilərək şəxsiyyəti müəyyən edilib.

Fakt üzrə Naxçıvan hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir.

5HAoeE33AGDCBE632LtflQfmoW34BmKasKRnL6Yk 640

6668aec9693b06668aec9693b117181365196668aec9693ad6668aec9693af scaled 6668aec8dd61d6668aec8dd61e17181365196668aec8dd6186668aec8dd61b scaled 6668aec85beb06668aec85beb117181365196668aec85bead6668aec85beaf scaled 6668aec753b696668aec753b6a17181365196668aec753b676668aec753b68 scaled

 sehid kollaj 1 scaled

***

Azərbaycan Ordusunun iyunun 9-da naməlum şəraitdə itkin düşmüş, Şərurun Günnüt yaşayış məntəqəsi istiqamətində nəşi tapılan əsgəri Ordubadda dəfn ediləcək.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, onu nəşi hazırda Ordubad rayonunun Gənzə kəndinə aparılır.

Qeyd edək ki, iyunun 9-da naməlum şəraitdə itkin düşmüş Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlunun nəşi bu gün səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilərək şəxsiyyəti müəyyən edilib.

Paylaş: