iran raket 254

“İran yaxın iki il ərzində İsrailə kütləvi zərbələr endirməyi planlayır”.

Globalinfo.az xəbər verir ki, bunu “Bizim ev İsrail” Partiyasının sədri Aviqdor Liberman deyib.

Onun sözlərinə görə, İranın hücumu bütün istiqamətlərdən – Qəzzadan, İudeadan, Samariyadan, Livandan, husilərdən, Suriya və İraqdakı qruplardan atılacaq onminlərlə raketlərlə həyata keçiriləcək.

Liberman belə qərarın İranın nüvə silahı əldə etməsindən dərhal sonra qəbul ediləcəyini bildirib. O, İsrailin artıq yeni Holokostun (yəhudilərin II Dünya Müharibəsində soyqırımı – red.) ərəfəsində olduğunu deyib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: