Ötən gün erməni keşiş Baqrat Qalstanyan Ermənistanın keçmiş prezidenti Serjik Sərkisyanla görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Məlumata görə, Sərkisyanın evində baş tutan görüşdə Qalstanyan hərəkatla bağlı fikirlərini bölüşüb.
Bundan başqa, proseslərin parlamentə keçirilməsinin tərəfdarı olduğunu, Nikol Paşinyana etimad göstərmədiyini, parlamentə daxil olmaq üçün təzyiq göstərəcəyini deyib.
S.Sərkisyan isə cavab olaraq sona qədər onlara dəstək olacaqlarını qeyd edib.
Serjik məqsədinin Paşinyandan yaxa qurtarmaq olduğunu açıqlayıb.
Zaira Akifqızı
Globalinfo.az