İbrahim Rəisi əslində kim idi? – DOSYE

İbrahim Rəisi əslində kim idi? - DOSYE

İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olması hazırda dünyanın əsas gündəm mövzusudur.

Globalinfo.az bildirir ki, Seyid İbrahim Rəisi olaraq tanınan Seyid İbrahim Rəisus-sadat 14 dekabr 1960-cı ildə Məşhədin Noğan məhəlləsində dünyaya göz açıb.

Orta məktəbi bitirdikdən sonra Qum elmi hövzəsində təhsilə başlayıb. Həmçinin, Şəhid Mütəhhəri adına universiteti bitirib. Eyni doktorantura təhsili də alıb.

Rəisi 20 yaşında Kərəc, bunun ardından isə  Həmədan şəhərində vəzifəyə təyin olunub. 25 yaşında Tehrana köçərək baş müstəntiqi əvəzləyib.

1988-ci ildə İranda siyasi və ideoloji məsələlərə görə həbs olunanların işi ilə bağlı təşkil olunmuş 4 nəfərlik heyətin üzvü olub.

Ayətullah Seyid Əli Xameneinin rəhbərliyə başlaması ilə İbrahim Rəisi baş prokuror təyin olunub.

Rəisi 1994-cü ildə ölkənin müfəttişlik təşkilatının müdiri olaraq seçilib və 10 il boyunca bu vəzifəni icra edib.

2004-cü ildən 2014-cü ilədək ölkənin ədliyyə qüvvəsinin birinci müavini, 2014–2015-ci illərdə isə ölkənin baş prokuroru postunda fəaliyyət göstərib.

O, 2015-ci ildən etibarən ölkənin Ali Dini Rəhbəri tərəfindən ruhanilərə özəl məhkəmənin rəhbəri olaraq təyin olunub.

2006-cı ildən etibarən Cənubi Xorasan şəhərinin Xobreqan məclisinin nümayəndəsi idi.

Rəisi Mübariz Ruhanilər Cəmiyyətinin də üzvü olmaqla yanaşı, Xobreqan məclisinin əsas idarə heyətində yer alıb.

18 iyun 2021-ci ildə İranda keçirilən 13-cü prezident seçkilərinin ilk rəsmi nəticələrinə görə, Rəisi 29 milyon səsdən 17 milyon 900 minini qazanaraq ölkə başçısı seçilib.

19 may 2024-cü ildə İrana qayıdarkən onu daşıyan helikopter qəzaya uğrayıb. Nəticədə İbrahim Rəisi də daxil olmaqla ümumi 9 nəfər həlak olub.

Zaira Akifqızı
Globalinfo.az