“Paşinyanın istefası tələbi ilə baş qaldıran etirazlar Ermənistanda hakimiyyət dəyişikliyinə səbəb olmayacaq”.
Globalinfo.az xəbər verir ki, bunu “Postsovet Araşdırmaları Mərkəzinin” baş elmi işçisi Stanislav Pritçin deyib.
O bildirib ki, Paşinyan üçün əsas məqsəd hakimiyyətdə olmaqdır:
“Ermənistan müxalifəti Nikol Paşinyanın istefasına nail ola bilməyəcək. Etirazlar sistemli deyil, əsasən deklarativ xarakter daşıyır, Paşinyan özü də etirazları idarə etməyi yaxşı bacarır. Paşinyan hakimiyyət uğrunda sona qədər mübarizə aparmağa öyrəşmiş adamdır. Onun əsas məqsədi hakimiyyətdə olmaqdır. Çünki hakimiyyəti itirəcəyi təqdirdə ciddi risklərlə üzləşə bilər. Bu səbəbdən də sona qədər mübarizə aparacaq”.
Pritçin əlavə edib ki, etirazların kütləviliyi cəmiyyətdə Paşinyandan və onun atdığı addımlardan narazı qalanların sayının həddən artıq çox olduğunu göstərir.
Müşviq Tofiqoğlu
Globalinfo.az