663f78c1a6e78663f78c1a6e791715435713663f78c1a6e76663f78c1a6e77

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisindəki Nohur gölündə suyun səviyyəsinin artması və ətraf ərazilər üçün təhlükəli vəziyyətin yaranması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Globalinfo.az-a verilən məlumata görə, bununla əlaqədar əraziyə FHN-in Şimal-qərb Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda Mərkəzin qüvvələri tərəfindən gölün daşmasının qarşısını almaq məqsədi ilə suyun səviyyəsinin endirilməsi və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.

663f78c1b4dcc663f78c1b4dcd1715435713663f78c1b4dc9663f78c1b4dcb 663f78c1c7811663f78c1c78121715435713663f78c1c780c663f78c1c780f

Paylaş: