1634207174 805e552c9b27de3

“Ankara İsraillə ticarət əlaqələrini dayandırmaq qərarından sonra Qərbin Türkiyəyə necə hücum edəcəyini çox gözəl bilir”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“İş dünyamızla koordinasiyalı şəkildə atdığımız bu addımın nəticələrini aradan qaldıracağıq. Bölgəmizdə heç bir ölkə ilə düşmənçilik və mübarizə aparmaq istəmirik. Qarşıdurma, qan və göz yaşı arzulamırıq. Sülh içində yaşamaq istəyirik”, – Ərdoğan bildirib.

Türkiyə prezidenti bildirib ki, irəliyə gedən yol məzlumlara dəstək yoludur. 

“İndi bu insanlara dəstək nümayiş etdirməsək, sabah eyni şey başımıza gələndə bizi kim dəstəkləyəcək? Türkiyənin bu addımı hazırkı vəziyyəti bəyənməyən digər ölkələr üçün nümunə olacaq”, – Ərdoğan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: