b4c972b6 6524 386e bff8 0a3659e3cd66 850

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərinin “Krokus siti holl” konsert zalında baş vermiş terror aktından sonra güc strukturları əraziyə basqın həyata keçirirlər.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Shot” teleqram kanalı bildirib.

“VÇK-OQPU” teleqram kanalına görə, xüsusi təyinatlıların artıq üçüncü qrupu binaya daxil olub. Binada girovların olması istisna edilmir. Eyni zamanda, “Baza”ya görə, hadisəni törətmiş şəxslərdən dördü hadisə yerindən qaça bilib.

Xatırlada ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərinin “Krokus siti holl” konsert zalında baş vermiş terror aktında onlarla insan ölüb, yüzdən çox insan yaralanıb.

Paylaş: