Ermənistanda bir müddət əvvəl “00 OO 00” avtomobil nömrə nişanının 300 min dollara satılması ciddi səs-küyə səbəb olmuşdu.
Globalinfo.az xəbər verir ki, həmin nömrəni Gorus meri Aruş Aruşanyanın atası Qaqik Samveli Aruşanyanın aldığı məlum olub.
“Hraparak” nəşrinin məlumatına görə, Ermənistan Ədliyyə Nazirliyinin hüquqi şəxslərin dövlət reyestrində sözügedən avtomobil nöməsini “Arsen” şirkətinin aldığı qeyd edilir. Bu şirkətin rəhbərinin isə Gorus icmasının rəhbəri Aruş Aruşanyanın atası Qaqik Samveli Aruşanyan olduğu üzə çıxıb.
A.Aruşanyan avtomobil nömrəsini özünün aldığını inkar etməyib.
Qeyd edək ki, “00 OO 000” nömrə nişanının ilkin satış qiyməti 50 min dollar olub. Bu nömrə üçün 98 nəfər mübarizə aparıb. Nəticədə 300 min dollara satılıb.
Əliyar Xəlil
Globalinfo.az