Yəməndəki Husilər ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərə qarşı hərbi əməliyyatlara başladıqlarını elan ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya özünün Teleqram kanalında məlumat paylaşıb.
Məlumata görə, Yəmənin husi üsyançıları Ədən körfəzi və Bab əl-Məndəb boğazında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərə qarşı hərbi əməliyyat elan ediblər:
“Ədən körfəzi və Bab əl-Məndəb boğazında ABŞ-ın bir neçə hərbi gəmisi ilə toqquşma baş verib. Bu gəmilər ABŞ-ın iki ticarət gəmisini mühafizə edir. Əməliyyat nəticəsində ABŞ-ın iki ticarət gəmisi birbaşa vurulub. Digər gəmilər geri çəkilməyə məcbur edilib”, – deyə məlumatda bildirilib.
İki saatdan çox davam edən toqquşmada Husilər bir neçə ballistik raketdən istifadə edib. ABŞ tərəfinin raketləri zərərsizləşdirmək cəhdlərinə rəğmən onlardan bəziləri hədəfə çatıb.
Əliyar Xəlil,