8fce13b5 1efe 483e 879c aaf536c0061f

Yanvarın 3-də İranın Kirman şəhərinin cənub-şərqində törədilən terror aktı ilə bağlı 35 nəfər həbs edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə İranın Kəşfiyyat Nazirliyi məlumat yayıb.

Nazirlik iki kamikadzedən birinin dekabrın 19-da qanunsuz yolla ölkəyə gələn Tacikistan vətəndaşı olduğunu açıqlayıb. İkinci kamikadze ilə bağlı daha sonra məlumat veriləcəyi qeyd olunub.

Terror aktı ilə bağlı İranın bir neçə əyalətində əməliyyat keçirildiyi bildirilib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: