WhatsApp Image 2022 12 25 at 03.18.02

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller açıqlamasında Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsində ABŞ-a Rusiyanın mane olmadığını bildirib.

Ötən həftə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin isə kənardan heç kimin Cənubi Qafqazda möhkəm sülh və sabitliyə yol açmayacağını qeyd etmişdi.

Maraqlıdır indi bu iki ölkənin vasitəçilik “davası” sülhün əldə olunmasını ləngidə bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elşad Həsənov qeyd edib ki, 2024-cü ildə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına ABŞ və Rusiyanın moderatorluq etmək istəkləri açıq müstəvidədir:

Elşad Həsənov: “Ermənistan bu səbəbdən sülh istəmir” – ŞƏRH | BuGün TV

Elşad Həsənov

“Keçən ilin dekabrında qeyd edilmişdi ki, yanvarda Azərbaycan Xarici İşlər Naziri ilə Ermənistan XİN arasına Vaşinqtonda görüş keçiriləcək. Ümumiyyətlə hazırda iki ölkənin ciddi , həll olunmamış məsələsi qalmayıb.

Qondarma “DQR”-nin özünü buraxması, ərazilərimizin separatçı ünsürlərdən təmizlənməsi də dediklərimizi sübut edir. 1 günlük antiterror əməliyyatımızdan bu günə qədər keçən zaman kəsiyində tamamilə sakitlik müşahidə edilir. Hər iki ölkənin qoşunları öz kazarmalarına qayıdıb. Yəni sərhəddə nə təxribat, nə də atəşkəs pozuntusu var”.

Onun fikrincə, gündəlikdə olan əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır:

“Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev açıqlamasında həmin mövzuya toxunaraq, məsələnin iki ölkə arasında həll edilməli olduğunu diqqətə çatdırdı. Azərbaycan vasitəçisiz, Gürcüstanda və “3+3” formatlarında görüşün keçirilməsini Ermənistana təklif edib. Rəsmi İrəvan isə Amerikada görüşün baş tutmasını istəyirlər. Əslində Bakı üçün məkanın elə də bir əhəmiyyəti yoxdur.

Lakin nəzərə alınmalıdır ki, ABŞ yaxud da Rusiya sülh sazişinin imzalanmasında vasitəçi olarsa, öz mənafeyini də düşünüb addım atacaq. Bu faktor da sülh müqaviləsinin imzalanmasını ləngidəcək. Ermənistan da yaxşı başa düşür ki. sülh müqaviləsinin imzalanmasından başqa yol yoxdur. Bunun ardınca kommunikasiyalar da açılacaq “.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: