FotoJet 2024 01 05T223254.753

Azərbaycanın Hindistandakı səfiri Elçin Hüseynli Hindistan Prezidenti Draupadi Murmaya etimadnamə təqdim edib.

Globalinfo.az xəbər verir ki, səfir bu barədə öz “X” hesabında paylaşım edib.

“Bu gün Hindistanın möhtərəm prezidenti Draupadi Murmaya etimadnamə məktubunu təqdim etmək şərəfinə nail oldum. Azərbaycanın Hindistandakı səfiri kimi ölkəmə xidmət etməkdən və qarşılıqlı əlaqələrin inkişafı üzərində çalışmaqdan şərəf duyuram!”, – deyə Elçin Hüseynli paylaşımda qeyd edib.

Paylaş: