yemen aciklarinda kacirilan gemideki iki turk murettebatin kimlikleri belli oldu.jpg

Göyərtəsində türk dənizçilərinin olduğu Zodiac Maritime firmasına məxsus olan “Central Park” adlı gəmi ilə əlaqə kəsilib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Respublikası Nəqliyyat və İnfrastruktur Nazirliyi yanında Dəniz İşləri Baş İdarəsi məlumat yayıb.

Bildirilir ki, gəmi sonuncu dəfə Eden körfəzində, Yəmən sahillərində üzüb, lakin daha sonra noyabrın 26-sı səhər saatlarında əlaqə tamamilə kəsilib.

Gəmidə iki türk dənizçisinin – kapitan Aydın Hasırcı və 4-cü dərəcədən kapitan Okan Yükselin olduğu qeyd edilib. Gəminin qaçırıldığının təxmin edildiyi, məsələ ilə bağlı rəsmi şəkildə hərəkətə keçildiyi bildirilib.

Əliyar Xəlil
Globalinfo.az 

 

Paylaş: