WhatsApp Image 2023 10 13 at 14.28.59

Qarabağda terrorçuluq fəaliyyətlərinə görə saxlanılaraq Bakıya gətirilən məhv olmuş qondarma rejimin “xarici işlər naziri” David Babayanın taleyi rəsmi İrəvanı maraqlandırmır.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası yazıb.

Bildirilib ki, Ermənistan hakimiyyəti Bakıda saxlanılan Bako Saakyan, Arkadi Qukasyan, Araik Arutyunyan, Ruben Vardanyan, Levon Mnatsakanyan, Davit Manukyan və Davit İşxanyanla bağlı mütəmadi məlumat almağa çalışır.

“Rəsmilər etiraf etdilər ki, David Babayan məsələsi ilə məşğul olmurlar, çünki o, Azərbaycana könüllü təslim olub”, – erməni KİV yazıb.

Tamerlan Yayaqan
Globalinfo.az

Paylaş: