sened 11

Azərbaycan, Qazaxıstan və Qırğızıstan arasında banklar sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov X səhifəsində paylaşımlar edib.

“İşgüzar səfərimin ilk günündə Qazaxıstan Milli Bankının sədri Timur Suleymenovla görüşdük. Görüş zamanı cənab sədr ilə rəhbərlik etdiyimiz qurumlar arasında cari əməkdaşlıq sahələri, qlobal mühitdə bankların üzləşdiyi cağırışlar, eləcə də əməkdaşlıq perspektivlərini nəzərdən keçirdik. Növbəti görüşümüz Qırğızıstan Milli Bankının sədri Kubanıçbek Bokontayev ilə keçirildi. Görüş zamanı qurumlarımız arasında əməkdaşlığımız genişləndirilməsi imkanlarını nəzərdən keçirdik”, – paylaşımlarda deyilir.

Qeyd edək ki, T.Kazımov sabah “Qazaxıstan maliyyəçilərinin XI konqresi”ndə iştirak edəcək. Tədbiri Qazaxıstan Milli Bankının himayəsi altında Qazaxıstan Maliyyəçilər Assosiasiyası ilə Qazaxıstanın Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyi təşkil edir. Konqres zamanı “Digital Tenge” layihəsinin icrası ilə bağlı təqdimat keçiriləcək.

F 5xTjuWYAAU6A 0f5c2ac3 f1b6 3512 99c1 d075d39753d0 850 FotoJet 2 1

Paylaş: