“Türkiyədə müxtəlif terror hadisələri vasitəsilə sabitliyi pozmaq istəyənlər bunun cavabını alacaqlar”.
Globalinfo.az bildirir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop deyib.
“Millətimiz bu işin arxasında kimlərin dayandığını bilir. Dövlətimiz də lazımi cavabı verməyə qadirdir”, – M.Şəntop bildirib.
O qeyd edib ki, Türkiyənin dincliyini pozmaq istəyənlər öz ölkələrində sabitsizlikdən əziyyət çəkəcəklər.