xi 1

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rumıniya şirkətlərini və investorlarını Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonuna dəvət edib.

Globalinfo.az xəbər verir ki, bu barədə XİN başçısı rumıniyalı həmkarı Luminita Odobesku ilə birgə keçirilən mətbuat konfransında danışıb.

O qeyd edib ki, Rumıniya ilə iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yollar mövcuddur: “Azərbaycan və Rumıniya arasında qarşılıqlı sərmayələr hələ ki bizim ikitərəfli ticarət dövriyyəmizə uyğun gəlmir. Bu o mənaya gəlir ki, iqtisadi əlaqələrimizi şaxələndirmək və davamlı etmək üçün imkan var. Bu fürsətdən istifadə edərək Rumıniya şirkətlərini və investorlarını Azərbaycanda investisiya layihələrində iştirak etməyə, xüsusilə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonundakı yenidənqurma və bərpa işlərinə dəvət edirik”.

Nazir iki ölkə arasında yaşıl enerji sahəsindəki əməkdaşlıqdan da söz açıb: “SOCAR Petroleum” şirkətinin Rumıniyada enerji sahəsində uğurlu əməkdaşlığını xüsusi vurğulayırıq, həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında ötən il Buxarestdə yaşıl enerji sahəsində strateji tərəfdaşlıq istiqamətində müqavilə imzalandı”.

X X X

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rumıniyanın xarici işlər naziri Luminita Odobesku regional məsələləri müzakirə edib.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycanın XİN başçısı “X” hesabında yazıb.

“Rumıniyanın xarici işlər naziri Luminita Odobesku ilə Buxarestdə görüşməkdən məmnunam. Azərbaycan-Rumıniya strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif istiqamətləri, cari regional məsələlər ətrafında hərtərəfli müzakirələr apardıq. Azərbaycan və Rumıniya çoxşaxəli əməkdaşlıqdan məmnundur və bunu genişləndirmək istəyirik”,- nazir bildirib.


X X X

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Rumıniyanın xarici işlər naziri Luminita Odobeskunun təkbətək görüşü başa çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

Nazirlər danışıqların yekunlarına dair birgə mətbuat konfransı keçirəcəklər.

***13:12

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rumıniyaya səfəri başlayıb.

Globalinfo.az xəbər verir ki, hazırda Buxarestdə C.Bayramovla Rumıniyanın xarici işlər naziri Luminita Odobesku arasında təkbətək görüş keçirilir.

xi 2 xi 3

Paylaş: