1679148021 fransa11 20210924114151

“Fransanın Ermənistana silah satışı ilk belə hal deyil”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Qədir Aslan Fransanın Ermənistana silah satışını rəsmiləşdirməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, 44 günlük İkinci Qarabağ müharibəsindən öncə bu məsələ yenə gündəmə gəlmiş, tərəflər mühüm görüşlər keçirmişdi:

“Bu gün Ermənistanla Fransa arasında iqtisadi-siyasi münasibətlər inkişaf edir. Rəsmi Paris İrəvanı bütün platformalarda dəstəkləyir. Bundan başqa, Fransa Ermənistana görə Azərbaycanı da açıq şəkildə ittiham edir. Bütün bunların fonunda Ermənistana silah satışı təəccüblü deyil.

hqdefault 2

Qədir Aslan

Ümumiyyətlə, Fransa Rusiyaya da silah satışı gerçəkləşdirib. Belə ki, 2008-ci il öncəsi bu proses daha intesiv idi. Rusiyanın 2008-ci ildə Gürcüstanın işğalı zamanı Fransa istehsalı silahlardan istifadə etməsi ciddi narazılıq yaratmışdı. Rusiya daha sonra münasibətləri normallaşdırıb, Fransadan silah tədarükünü bərpa edib, Ukraynanı işğal etdi. Yəni Parisin işğalçı dövlətləri silahlandırması artıq bilinən reallıqdır”.

Ekspertin sözlərinə görə, alyasın ən aparıcı ölkələrindən olan Fransanın Ermənistanı silahlandırması Türkiyənin də narazılığına səbəb olacaq:

“Çünki Türkiyə təkcə NATO-da deyil, həm də region ölkəsidir. Fransanın Cənubi Qafqaza bu cür müdaxiləsi başda Türkiyə olmaqla region ölkələrini narahat edir. Hesab edirəm, bu satış Fransaya heç də müsbət dividentlər qazandırmayacaq”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: