resize 1

“Əlbəttə ki, ABŞ Senatının Qarabağla bağlı dinləmələr aparması yaxşıdır. Bu fövqəladə vacib hadisədir, ancaq bu məsələnin də bir “amma”sı var…”

Globalinfo.az xəbər verir ki, bu sözləri erməni ekspert Arman Abovyan deyib.

“Dinləmələr göstərdi ki, erməni problemlər “paketi” və həll yolları ABŞ tərəfindən istisnasız olaraq Rusiya, İran və Çinin Cənubi Qafqaz regionundan sıxışdırılıb çıxarılması nöqteyi-nəzərindən baxılır. ABŞ dövlət katibinin köməkçisi Yuri Kimin sitatı birbaşa olaraq belədir: ABŞ inkişaf, müdafiə və təhlükəsizlik sahəsində nə qədər mümkündürsə Ermənistana dəstəyi genişləndirməlidir. Bizim Rusiya, İran və Çinin bu regiona təsirinə müqavimət göstərmək üçün strateji imkanımız var”.

Yəni vəziyyət elədir ki, ABŞ erməni məsələsini Qərb və Şərq qarşıdurması kontekstində görür. “ABŞ Qarabağa və Ermənistana hər hansı bir hücuma göz yummayacaq” və s. kimi digər açıqlamalar isə sadəcə söz yığınıdır. Çünki ABŞ Türkiyənin müttəfiqidir.

Odur ki, amerikalıların Ermənistan və Qarabağa gözlənilməz sevgisi sadəcə Türkiyə ilə yaxşı koordinasiya edilmiş addımdır”, – A.Abovyan bildirib.

Globalinfo.az

Paylaş: