“Yaxın gələcəkdə Azərbaycanla Ermənistan arasında müharibə olmayacaq”.
Globalinfo.az xəbər verir ki, bu sözləri İranın müdafiə naziri Məhəmməd Rza Aştiyani deyib.
“Biz inanırıq ki, Qafqazda müharibə olmayacaq. Bu məsələ ilə bağlı İran İslam Respublikasının qəti mövqeyini ifadə etmişik. Biz dövlətlər arasında sərhəd dəyişikliklərini qəbul etmirik və güman edirik ki, regionda yaxın vaxtlarda ciddi heç nə baş verməyəcək”, – iranlı nazir bildirib.
Əliyar Xəlil
Globalinfo.az