6986a2a9 f9b8 33d2 96cd 30ba98246b98 850

Bakının Xəzər rayonununun Binə qəsəbəsində mebel mağazasında yanğın olub.

Globalinfo.az xəbər verir ki, yanğın 3 mərtəbəli mebel satış mağazasının birinci mərtəbəsində baş verib.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub və yanğın tez bir müddətdə söndürülüb.

Hadisə zamanı mağazanın sahibi xəsarət alıb. Yanğın təxminən 150 kvm. ərazini əhatə edib.

Yanğının hansı səbəbdən baş verməsi araşdırılır.

Paylaş: