211237554 348467219967931 3663128703746240795 n 1

Vəkil Aslan İsmayılov sentyabrın 9-da Facebook səhifəsində canlı yayında çıxış edib. O, bir sıra məsələlərə toxunub. A.İsmayılov bir vaxtlar hüquqlarını müdafiə etdiyi Zülfüqarlı qardaşları haqda da danışıb. Bu mövzuda vəkil sensasion sayıla biləcək açıqlamalar verib.

Globalinfo.az bildirir ki, Aslan İsmayılov “Baku Steel Company” şirkətinin sabiq rəhbəri, hazırda məhkəməsi gedən Rasim Məmmədov haqda danışarkən bəzi məqamları gündəmə gətirib. Vəkil bildirib ki, Zülfüqarlıların Rasim Məmmədovla çəkişdikləri vaxtlarda bu qardaşlar ondan 16 milyon manat pul alıblar. Dediyinə görə, bu məsələdən sonra xəbər tutub.

“2005-ci ildə Rasim Məmmədovun üstünə gedirdim ki, Zülfüqarlı qardaşlarının əmlakını ələ keçirib. Mən Zülfüqarlı qardaşlarına görə həyatımı riskə atmışam. Bunu pulsuz etməmişəm. Ayda mütəmadi olaraq 1000 manat qonorarımı veriblər. Mənə deyirdilər ki, biz qardaşıq, sən bizim 10-cu qardaşımızsan, bu mülklər bizimdi, hamısını qaytaracağıq. Mənim onların heç nəyində gözüm yox idi.

1615456069 1615456057222

                                                                                 Loğman Zülfüqarlı

Və birdən bunlar mənimlə əlaqələrini kəsdilər. Arada çox ehtiyacım yarandı. Loğmana (Loğman Zülfüqarlı-red.) zəng edib borc istədim. Dedim, bir tədbir var, onu keçirib, borcu qaytaracam. Söz verdi ki, yaxşı. Amma mənə dönmədi, mən də zəng etmədim. Rasim həbs edildikdən sonra bildim ki, onları müdafiə etdiyim vaxtlarda bu qardaşlar Rasim Məmmədovdan 16 milyon pullarını alıblar. Bundan başqa, bu gün Bakı Poladtökmə Zavodunda da onların payı var. Sən demə, bunlardan borc istədiyim vaxtlarda bu qardaşlardan biri oğluna toy edib, məni toya çağırmayıblar, bundan heç xəbərim olmayıb. Amma Rasim Məmmədov onların masalarının başında oturub. Biz bu əxlaqa sahibik”.

Globalinfo.az

 

Paylaş: