sepah komandani

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı, general mayor Hüseyn Səlami şənbə günü Şiraz şəhərindəki terror qurbanlarının dəfn mərasimində iştirak edərkən İranın düşmənlərindən danışıb.

Globalinfo.az bildirir ki, Modern.az-ın xəbərinə görə, o, İrana qarşı düşmənçilik edən ölkələri berlə sıralayıb: ABŞ, Böyük Britaniya, Səudiyyə Ərəbistanı və İsrail.

Hüseyn Səlami deyib ki, bu günlərdə İranda törədilən iğtişaşlar həmin ölkələrdən idarə olunur.

“Bu günlər torpağımızda davam edən sui-qəsd ABŞ, Böyük Britaniya, Səudiyyə Ərəbistanı və sionist rejimin siyasətlərinə qoşulmanın məhsuludur”, – deyə SEPAH-ın baş komandanı vurğulayıb.

Generalın sözlərinə görə, İran xalqı hər cür düşmənçilik qarşısında ali dini rəhbər Ayətullah Seyid Əli Xameneini tək qoymayıb və öz imamını dəstəkləyir.

Paylaş: