Separatçılar rəsmi İrəvandan inciyiblər.
Globalinfo.az xəbər verir ki, onlar İrəvanı Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaqdan imtinaya çağırırlar.
Bu barədə danışan qondarma “dövlət naziri” Qurqen Nersisyan bildirib ki, bu cür yanaşma sülhü təmin edə bilməyəcək.
Separatçı bildirib ki, bu yanaşma heç Ermənistanın da təhlükəsizliyini təmin edə bilməz. Çünki “Türkiyə-Azərbaycan tandeminin hədəfində ümumən Ermənistan dayanıb”.
Separatçılar həmçinin İrəvandan BMT TŞ- təcili iclas çağırılmasını istəyiblər.
Zaira Akifqızı
Globalinfo.az