mns

İyulun 24-də səhər saatlarında Müdafiə Sənayesi Nazirliyinin “Şirvan Araz zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) partlayış baş verib, nəticədə bir nəfə ölüb, bir nəfər isə əlindən yaralanıb.

Bu həmin zavodda baş verən ilk belə hadisə deyil. 2016-cı ildə də burada partlayış olmuş, nəticədə 2 nəfər ölmüş, 10 nəfər isə yaralanmışdı. Bir neçə il sonra daha kiçik miqyasda olsa da, bənzər hadisənin yaşanması, hətta Müdafiə Sənayesi nazirinin buna görə Türkiyə səfərini dayandıraraq Şirvana gəlməsi müəyyən sualların yaranmasına səbəb olur.

Bu kimi hadisələrdə təxribat ehtimalı varmı? Əsasən hadisəyə səbəb nə olur?

Mövzunu Globalinfo.az-a dəyərləndirən təhlükəsizlik üzrə ekspert Rəşad Rza bildirib ki, bu məsələyə bir neçə prizmadan yanaşmaq olar:

Resad rza 11

Rəşad Rza

“Əgər şübhələr üzərində diqqətimizi cəmləsək, təbii ki, orada baş verənləri haradasa terror kimi də qiymətləndirmək olar. Amma əsasən ehtiyatsızlıqdan baş verməsi mümkündür. Yəqin ki, təhlükəsizlik qaydalarına əməl olunmayıb, yaxud qurğular lazımı zamanda yenilənməyib. Bütün hallarda təhlükəsizlik tədbirlərinin zəif olması, nəzarətin kifayət qədər güclü olmaması bu kimi qəzaların meydana gəlməsinə səbəb olur”.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: