Separatçılar Qarabağda və İrəvanda bu gün saat 20:00-da aksiya keçirəcəklər.
Globalinfo.az xəbər verir ki, bu barədə separatçıların “dövlət naziri” Qurqen Nersisyan bildirib.
Aksiyada məqsəd separatçılar tərəfindən Ermənistan hökumətinə təzyiqi artırmaq olacaq. Azərbaycanın haqlı mövqeyi qarşısında rəsmi İrəvanın susqunluğunu həzm edə bilməyən separatçılar öz tələblərini aksiya vasitəsilə Ermənistan hökumətinə çatdırmaq istəyirlər.
Zaira Akifqızı
Globalinfo.az