Krım körpüsündə baş verən partlayışdan sonra dəmir yolu xəttinin fəaliyyəti bərpa olunub.
Globalinfo.az xəbər verir ki, “Simferopol-Moskva” qatarı Krasnodar vilayətinə yola düşüb.
Hadisə nəticəsində ölən iki nəfərin evli cütlük olduğu, qızlarının isə xəstəxanaya yerləşdirildiyi məlum olub.
***
Krım körpüsündə partlayış baş verib, nəticədə azı iki nəfər ölüb.
Globalinfo.az Axar.az -a istinadən xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.
Partlayış nəticəsində Rusiyanın Belqorod vilayətindən olan turistlərin olduğu avtomobilə də ziyan dəyib, 1 nəfər xəsarət alıb.
Daha əvvəl Krımının qondarma “rəhbəri” Sergey Aksyonov Teleqramda bildirib ki, fövqəladə vəziyyətlə əlaqədar körpüdə nəqliyyatın hərəkəti dayandırılıb. “Krasnodar diyarı istiqamətində, 145-ci dayaq məntəqəsində fövqəladə hadisə baş verib. Hüquq-mühafizə orqanları və bütün cavabdeh qurumlar ərazidə işləyir”, – o deyib.
Hadisənin təfərrüatı açıqlanmır.