Qarabağda separatçılarla sülhməramlılar arasında gərginlik getdikcə artır.
Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə müxtəlif informasiyalar yayılıb.
Belə ki, son olaraq Xankəndidə “aksiya” keçirilən ərazidə sülhməramlılara məxsus helikopter görünüb.
“Aclıqdan öldüyümüz vaxtda Rusiya sülhməramlıları düz başımızın üzərindən helikopterlərlə özlərinə ərzaq daşımağa davam edirlər”, – deyə separatçılar bildiriblər.
Məsələ ilə bağlı tez-tez sülhməramlılarla separatçılar arasında gərginlik yaşandığı qeyd edilir.
Tamerlan Yayaqan
Globalinfo.az